Corc Floyda görə Çikaqoda etirazlar - 1 ölü, 5 yaralı + Video

Corc Floyda görə Çikaqoda etirazlar - 1 ölü, 5 yaralı + Video ABŞ-ın Minneapolis şəhərində (Minnesota ştatı) polis tərəfindən saxlanılmasından sonra ölən afroamerikalı Corc Floyda görə Çikaqoda (İllinoys ştatı) baş qaldıran etiraz aksiyaları zamanı bir nəfər həyatını itirib, beş nəfər oldu silah yarası alıb.
Bu barədə “NBC” telekompaniyası xəbər verib. Hüquq mühafizə orqanlarının məlumatlarına əsasən, 240 nəfər saxlanılıb, 20-dən çox polis işçisi nümayişçilərlə toqquşmalarda xəsarət alıb.
Qeyd edək ki, bu həftə ABŞ-da baş qaldıran kütləvi etirazlar və iğtişaşlar mayın 25-də Minneapolisdə Corc Floyd adlı afroamerikalının polis tərəfindən saxlanılma videosunun internetə sızmasından sonra başlayıb. Belə ki, ağdərili polislər afroamerikalının əllərini qandallayıb və onu yola yıxıb. Onlardan biri C.Floydun “nəfəs ala bilmirəm” deməsinə baxmayaraq, onu boğmağa başlayıb. Bir qədər sonra afroamerikalı şəhər xəstəxanalarının birində vəfat edib. Mayın 26-da həmin 4 polis işçisi işdən çıxarılıb, onlardan biri saxlanılıb.



Tehsil-press.az

Oxşar xəbərlər