“ProctorDİM" xüsusi proqram təminatı vasitəsilə növbəti ödənişsiz sınaq imtahanı keçirilib

“ProctorDİM Dövlət İmtahan Mərkəzinin (DİM) mütəxəssisləri tərəfindən hazırlanan və onlayn imtahanların keçirilməsi üçün nəzərdə tutulan “ProctorDİM” xüsusi proqram təminatı vasitəsilə növbəti ödənişsiz sınaq imtahanı təşkil edilib.
İmtahana qeydiyyat Mərkəzin saytı vasitəsilə aparılıb və 2 saat ərzində icazə verilən 500 nəfərlik yer dolub. Lakin imtahanda 207 nəfər iştirak edib. Əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq, imtahana təsadüfi yazılan və imtahanda iştirak etməyən şəxslərin sayı, təəssüf ki, daha çox olub. Dövlət İmtahan Mərkəzi bir daha xahiş edir ki, gələcəkdə imtahanlara yalnız iştirak etmək imkanı və məqsədi olan şəxslər yazılsın.
İstifadəçilər, ilk növbədə, “ProctorDİM” proqramını yükləyib kompüterlərinə quraşdırmalıdırlar. Kompüterdə proqramı istifadə edə bilmək üçün lazımi sistem tələbləri linkdə verilib.
İyunun 9-da keçirilmiş imtahanda 30 nəfər iştirakçıya proqramla bağlı nəzarətçilər tərəfindən texniki dəstək göstərilib.
İstifadəçilər proqram vasitəsilə tədrisi Azərbaycan dilindən fərqli dildə olan 11-ci sinif üzrə Azərbaycan dili (dövlət dili) imtahanını veriblər.
Xatırladaq ki, proqramda bir çox təhlükəsizlik məsələləri nəzərə alınıb. Proqram işə salındığı andan etibarən istifadəçinin ekranı, eləcə də özü videonəzarətə götürülür və bütün imtahan prosesi videoya çəkilərək mərkəzə ötürülür.
İstifadəçilərin imtahana daxil ola bilmələri üçün üztanıma proqramı vasitəsilə şəxsiyyətləri dəqiqləşdirilib.
Bütün imtahan prosesi nəzarətçilər tərəfindən onlayn izlənilib. İmtahan başa çatan kimi istifadəçilər topladıqları bal haqqında məlumat alıblar.

Tehsil-press.az

Oxşar xəbərlər