UNEC iqtisadiyyat fənni üzrə dünyanın 250 ən yaxşı universiteti sırasında

UNEC iqtisadiyyat fənni üzrə dünyanın 250 ən yaxşı universiteti sırasında Azərbaycan Dövlət iqtisad Universiteti (UNEC) 90 illik yubileyi ərəfəsində daha bir uğura imza atıb.
Avropa Birliyinin Erasmus+ proqramı tərəfindən maliyyələşən U-Multirank reytinq təşkilatı dünya universitetlərinin fəaliyyətini ölçən reytinq sıralmasının yeddinci buraxılışını və 28 fənn üzrə reytinq cədvəlini açıqlayıb. U-Multirank reytinq sıralamasının builki buraxılışında 92 ölkədən 1800-ə yaxın universitet 5 kriteriya - tədris və öyrənmə, tədqiqat, bilik transferi, beynəlmilləşmə və regional fəaliyyətləri üzrə qiymətləndirilib. Ümümi performansı U-Multirank təşkilatı tərəfindən “A” (çox yaxşı) ilə qiymətləndirilən UNEC builki reytinqdə ən yaxşı 950 (1786 universitet arasında) universitet sıralamasında qərarlaşıb.
Reytinqə düşən 1786 universitet arasında UNEC iqtisadiyyat fənni (subject ranking) üzrə xüsusi reytinqdə 209-cu ən yaxşı nəticəni əldə edərək, 250 ən yaxşı universitetlər sırasında düşüb.
U-Multirank haqqında- U-Multirank Avropa Komisiyasının təşəbbüsü ilə müstəqil konsorsium tərəfindən hazırlanıb. Konsorsiumun üzvlərinə Almaniyanın Ali Təhsil Mərkəzi (Centre for Higher Education), Twente Universitetinin Ali Təhsil Siyasəti Tədqiqatları Mərkəzi (Higher Education Policy Studies), Leiden Universitetinin Elm və Texnologiylara Tədqiqatlar Mərkəzi (Centre for Science and Technology Studies) və İspaniyanın Bilik və İnkişaf Fondu (Fundación CYD) daxildir.

Tehsil-press.az


Oxşar xəbərlər