UNEC ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəllərində öz mövqeyini yüksəltmək istiqamətində məqsədyönlü addımlar atır.
UNEC 2015-2016-cı illərdə dünyanın ali təhsil müəssisələrinin ən nüfuzlu reytinqlərindən olan “The Ranking Web” (“Webometrics”) siyahısına görə, Azərbaycan universitetləri arasında iki il ardıcıl olaraq liderliyini qoruyub. Webometrics göstəricilərinə əsasən, UNEC ən böyük çəki əmsalına malik olan təsir (Impact) və yüksək keyfiyyət (Excellence) meyarları üzrə Azərbaycan ali təhsil müəssisələri arasında yeganə universitet olub.
UNEC Böyük Britaniyanın QS agentliyinin İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə reytinq cədvəlində 2016-2017-ci illərdə regionun 4-cü ən yaxşı iqtisadyönümlü universiteti olub.
2017-2018-ci illərdə daha bir uğura imza atan UNEC, dünya universitetlərinin veb populyarlığını müəyyən edən “uniRank” reytinqinin nəticələrinə görə, ölkə birincisi olub. Reytinq qiymətləndirməsinə əsasən, UNEC internet resursları üzrə ölkənin ən yaxşı və ən populyar ali məktəbi seçilib.
UNEC nüfuzlu elmi jurnallarda nəşrlərinin sayının ilbəil artmasına və dünya elm məkanına uğurla inteqrasiya etdiyinə görə “Clarivate Analytics” şirkəti tərəfindən Web Science üzrə ən mütərəqqi universitet seçilərək, “Web of Science Awards – 2018” və “Most progressive universities in Web of Science for the last 3 years” mükafatlarını qazanıb.
Dayanıqlı inkişaf naminə ekoloji tarazlığın qorunması istiqamətində uğurla addımlayan UNEC dünyanın “Ekoloji cəhətdən ən təmiz” (UI Green Metric World University) universitetlərinin illik reytinq cədvəlində 2017 və 2018-ci illər üzrə ardıcıl olaraq “Yaşıl universitet” statusunu əldə edib.
Beynəlxalq reytinqlərdə mövqeyini gücləndirən UNEC yeni uğurlara da imza atıb. Belə ki, QS agentliyinin İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə 2018-ci ilin iyun və 2019-cu ilin yanvar ayının reytinq sıralamasında UNEC “işəgötürənlərin reputasiyası” meyarı üzrə Azərbaycanın ən yaxşı universiteti oldu.
“Webometrics” reytinqinin 2019-cu ilin yanvar ayında açıqlanan siyahısında isə UNEC “Akademik istinadlarına görə ən yaxşı universitetlər” (Transparent Ranking: Top Universities by Google Scholar Citations) meyarı üzrə ölkənin lider universiteti statusunu qazandı.
UNEC-in yüksək beynəlxalq reytinqli universitetə çevrilmək istiqamətində strateji məqsəd, hədəf və fəaliyyətləri “UNEC-100” İnkişaf strategiyasında da müəyyən olunub. UNEC nüfuzlu reytinq təşkilatları ilə əməkdaşlığı daha da artırmaqla və reytinq təşkilatlarının tələblərini universitet menecmentinin bütün pillələrində daim nəzərə almaqla 90 yaşında dünyanın ən yaxşı 1000, 100 yaşında isə ən yaxşı 500 universiteti olmağı hədəfləyib.
UNEC-in Mətbuat Xidməti