Son sutkada Misirdə 97 nəfər COVID-19-un qurbanı olub

Son sutkada Misirdə 97 nəfər COVID-19-un qurbanı olub Son sutkada Misirdə yeni növ koronavirusdan rekord sayda – 97 nəfər vəfat edib. Beləliklə, bu ölkədə COVID-19 qurbanlarının sayı 1672 nəfərə çatıb.
Misirin Səhiyyə Nazirliyi iyunun 15-də pandemiya ilə bağlı son vəziyyəti açıqlayıb. Nazirliyin mətbuat katibi Xalid Meqahed bildirib ki, son sutka ərzində yeni növ koronavirusa daha 1691 yoluxma qeydə alınıb, yoluxanların ümumi sayı isə 46 min 289 nəfərə çatıb. O əlavə edib ki, iyunun 15-də karantin xəstəxanalarında 398 pasiyent sağalıb, ümumilikdə 13 min 732 nəfər xəstəlikdən şəfa tapıb.
Fransa İnkişaf Agentliyi (AFD) yeni növ koronavirusla mübarizə üçün Misir Səhiyyə Nazirliyinə 15 milyon avro vəsait ayıracağını bəyan edib. Bundan başqa, Avropa İttifaqı da Misirə 89 milyon avro məbləğində yardım edib.

Tehsil-press.az

Oxşar xəbərlər