Müdafiə naziri general-polkovnik Zakir Həsənov Dağlıq Qarabağ separatçılarının mayın 21-də keçirdikləri qondarma andiçmə mərasimi zamanı Azərbaycan Ordusunun erməni işğalı altında olan Şuşa şəhərini bombalamamasının səbəbini ilk dəfə açıqlayıb.
Nazir Real TV-də yayımlnanan “Mir Şahinin vaxtı” verilişinə müsahibəsində “Şuşanı niyə vurmadıq?” sualına belə cavab verib:
“Bəzi adamlar yalan danışırlar ki, guya hansısa brifinq olub və mən orada Azərbaycan dilində danışa bilməmişəm. Tam yalandır. Hətta o yoldaşın orada çıxışı vaxtı şəxsi tanışlığı olmayan insana “sən” deyə müraciət edir. Elə bunun özü onun həm dilinin, həm tərbiyəsinin, həm də səviyyəsinin göstəricisidir. Bunu da qoyaq bir tərəfə.
Orada səsləndi ki, nazir cənab Prezidentin qarşısında məsələ qoymalı idi, nəsə etməli idi. Mən istəyirəm ki, bütün bu yoldaşlar eşitsinlər: cənab Prezident nə etmək lazım olduğunu məndən də, onlardan da yaxşı bilir və etdi də”, - Zakir Həsənov vurğulayıb.
Müdafiə naziri Ali Baş Komandanın tapşırığı ilə Azərbaycan Ordusunun planlı şəkildə genişmiqyaslı təlimlər keçirdiyini açıqlayıb:
“Təlimlərin planına uyğun olaraq, qısa müddətdə bütün istiqamətlərdə minlərlə əsgər, yüzlərlə tank, top cəmləşdi. Ermənilər təşvişə düşdülər və beynəlxalq qurumlara müraciət etməyə başladılar. Bunun özü də ermənilərin işğal siyasətinin beynəlxalq qurumlarda gündəmdə saxlanmasıdır. Onların generalları, siyasətçiləri şikayət etməyə başladılar ki, bizə hədə-qorxu gəlirlər, bu, bizə təzyiqdir və s.
Hətta ABŞ-da hərbi mütəxəssislər çıxış etdilər. Dedilər ki, Azərbaycan Ordusunun təlimləri yeni üsullar, yeni taktika ilə keçirilir və ABŞ ordusunun təlimlərinə bənzərdir. Hətta bundan erməni lobbisi təşvişə düşüb. Ermənipərəst senatorun vasitəsilə həm ABŞ-ın Müdafiə nazirinə, həm də dövlət katibinə müraciət ediblər ki, Azərbaycanı dayandırın. Baxın, dost görür, düşmən görür, bunlar görmürlər. Bunların məqsədi ayrıdır”.
Xatırladaq ki, mayın 31-də Milli Məclisin iclasında deputat Vahid Əhmədov Müdafiə naziri general-polkovnik Zakir Həsənovu sərt tənqid etmişdi. Deputat çıxışında Z.Həsənovu Azərbaycan dilini təmiz bilməməkdə və Şuşa ilə bağlı verilən sualı cavablandıra bilməməkdə günahlandırmışdı.
Tehsil-press.az