
“Aygünlə Kənan ayrılıb? – FOTO” başlıqlı xəbərdə Kənan Mahmudovla Aygün Mahmudovanın boşanması ilə bağlı şayiələrin yayıldığı qeyd olunub. Buna səbəb kimi cütlüyün sosial mediada bir-birini izləmədən çıxarması göstərilib.
Kənan Mahmudov Bizim.Media-ya açıqlamasında boşanma iddialarını təkzib edib və yayılan şayiələrin həqiqətə uyğun olmadığını bildirib.
Sözügedən xəbərin müəllifi olan Bizim.Media informasiya portalının əməkdaşına töhmət verilib və həmin əməkdaş Kənan Mahmudovdan dəqiqləşdirilməmiş xəbəri işıqlandırdığı üçün üzr istəyib.
Kənan Mahmudova və həyat yoldaşı Aygün Mahmudovaya redaksiyamız adından möhkəm ailə səadəti arzulayırıq.
Tehsil-press.az