DİM tərəfindən iyulun 2-də və 3-də keçiriləcək buraxılış imtahanlarının qrafiki açıqlanıb

DİM tərəfindən iyulun 2-də və 3-də keçiriləcək buraxılış imtahanlarının qrafiki açıqlanıb Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 2-də və 3-də keçiriləcək buraxılış (qəbul) imtahanlarının qrafiki açıqlanıb.
Digər şəhər və rayonlar üzrə imtahanların (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının (Naxçıvan istisna olmaqla)) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftəiçi günlərində keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, iyulun 3-də Naxçıvanda əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi və kolleclərə qəbul imtahanı, həmçinin Heydər Əliyev adına Hərbi Liseyə qəbul imtahanı keçiriləcək. Bundan əlavə, xüsusi karantin rejimindən əvvəl Naxçıvana gedərək orada qalan və yaranmış vəziyyətlə əlaqədar DİM-ə müraciət edən şəxslərin nəzərinə çatdırılır ki, onlar üçün də imtahan iyulun 3-də Naxçıvanda təşkil olunacaq. Həmin şəxslər Bakıya dönməməli və Naxçıvanda qalmalıdırlar.
İmtahana buraxılış vərəqəsi hər imtahana 5 gün qalmış Mərkəzin saytında yerləşdiriləcək.
Həmişə olduğu kimi, cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.
Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.

Tehsil-press.az

Oxşar xəbərlər