Həftəsonu imtahan verəcək abituriyentlərin - Nəzərinə

Həftəsonu imtahan verəcək abituriyentlərin - Nəzərinə IX VƏ XI siniflər üçün buraxılış imtahanları 6 və 7 iyun tarixlərindən başlamaqla hər həftə sonu keçiriləcək.
Qeyd olunan tarixlərdə imtahan keçiriləcək rayon və şəhərlərin siyahısı, həmçinin imtahana buraxılış vərəqələri Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib.
Növbəti həftə sonunun imtahan qrafiki və imtahana buraxılış vərəqələri mütəmadi olaraq hər həftənin əvvəli sayta yerləşdiriləcək. Bundan sonra imtahan verəcək şagirdlər (abituriyentlər) qrafikə uyğun olaraq öz imtahan tarixini müəyyən edə və buraxılış vərəqələrini çap edə biləcəklər.
Hazırda saytda yalnız 6 və 7 iyun tarixlərində imtahan verəcək şagirdlərin (abituriyentlərin) imtahan tarixləri və imtahana buraxılış vərəqələri yerləşdirilib.
Növbəti həftə imtahan verəcək şagirdlərin (abituriyentlərin) imtahana buraxılış vərəqələri müvafiq həftənin əvvəlində saytımıza yerləşdiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər