Tələbələrin köçürülməsi üzrə qeydiyyat müvəqqəti təxirə salınır

Tələbələrin köçürülməsi üzrə qeydiyyat müvəqqəti təxirə salınır Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, bəzi şəhər və rayonlarda xüsusi karantin rejiminin iyulun 20-dək uzadılması ilə bağlı tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu prosesi müvəqqəti təxirə salınır.
Bildirilib ki, prosesin təxirə salınması bu müddət ərzində tələb olunan bəzi sənədlərin tələbələr tərəfindən əldə edilməsində yaranacaq çətinliklərlə bağlıdır.
Tələbələrin köçürülməsi üzrə yeni qeydiyyat tarixləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər