Səfərbərlik Xidmətinə müraciət edənlərin içində qadınlar da var

Səfərbərlik Xidmətinə müraciət edənlərin içində qadınlar da var "Azərbaycan Silahlı Qüvvələrinə könüllü xidmətə getmək istəyənlər sırasında xanımlar da var".
Bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov deyib.
Onun sözlərinə görə, hazırda qeydiyyat üçün xidmətin aidiyyəti şöbə və bölmələrinə müraciətlər daxil olmaqdadır: "Bu gün dörd mindən artıq şəxs müraciət edib. Onların içərisində xanımlar da var. Ümumi müraciət edənlərin yaş həddi müxtəlifdir".

Tehsil-press.az

Oxşar xəbərlər