Sağlamlığını Vətən torpağı uğrunda qurban verən II qrup Qarabağ əlili Zakir Hüseynovun son ümidi ölkə Prezidentinədi Ali Baş Komandan cənab İlham Əliyevədir. O, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovdan şikayətçidir.
Zakir Hüseynov öz müraciətində yazır:
Hörmətli Prezident cənab Ali Baş Komandan!
Mən 1992-ci ildə, bir zabit kimi könüllü olaraq hərbi xidmətə yollanmışam. 1993-cü ildə döyüşdə ağır yaralandım və ayağımı dizdən yuxarı itirdim, II qrup əlil oldum. Yaralandıqdan sonra da tərxis olundum. Müdafiə Nazirliyinin tabeliyində olan hərbi komissarlıqlarda hərbi xidmətimi davam etdirdim.
2009-cu ildə ştat ixtisarı ilə ixtisar olunmuş, sərəncama götürülmüşdüm. “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) vaxtından əvvəl heç bir qüsurum olmadığı halda son yaş həddimə çatmamış hərbi xidmətdən 46 yaşında ehtiyata tərxis etdilər. Hərbi xidmətdən tərxis olunduqdan sonra Bakı şəhəri, Nizami rayonu Hərbi Komissarlığında mülki işçi kimi işə qəbul olundum.
2012-ci ildə hərbi komissarlıq sistemi yenidən qurularaq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldıqdan sonra guya işçi sayının azalmas və ya ştatların ixtisara salınması “əsas” götürülməklə (AR ƏM, 70-ci maddə) tutduğum vəzifədən qeyri-qanuni olaraq azad edilmişəm. Bir müddət sonra isə məni SHXÇDX-nin nəzdində olan “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı” MMC-nin Bakı şəh. Xətai rayon filialında mühəndis-mexanik kimi işə qəbul etdilər.
Düşünürəm ki, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətində ixtisara salınmağım ədalətli olmamışdır, çünki mən vəzifəmin öhdəsindən lazımınca gəlirdim, həm də bir veteran və müharibə əlili kimi ixtisara salınmalı deyildim. (“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və “Əlillərin sosial müdafiəsi haqqında” Qanunun 24 və 29-cu maddələrinə ziddir. Hətta Əmək Məcəlləsinin 78-ci maddəsi də buna yol vermir). Bundan başqa, mənim tutmuş olduğum ştat ixtisara düşməyib, sadəcə adı dəyişib və həmin ştata başqa şəxs müfəttiş olaraq qəbul edilmişdir.
Hazırda HVMH-də işlədiyim mühəndis-mexanik vəzifəsi əsla mənim ixtisasıma uyğun deyildir, mən nə mühəndisəm, nə də mexanik işini bilmirəm. İndiki iş yerimdən aldığım 143 manat heç mənim müalicə xərclərimə kifayət etmir, habelə hərbi rütbəmə uyğun deyildir. Mən polkovnik-leytenant kimi ehtiyata buraxılmışam.
Hazırda valideynlərim ermənilərlə həmsərhəd kənddə yaşayır, daim düşmən atəşinə məruz qalırlar. Mən onların da qayğısına qalmalıyam. Həyat yoldaşım və qızım 2003-cü ildə vəfat etmişlər. Hal-hazırda himayəmdə azyaşlı yeganə oğlum var, mən ona həm ata, həm də anayam.
Dəfələrlə ixtisas və təcrübəmə uyğun işlə təmin olunmaq üçün SHXÇDX-nin hazırki rəisi general-leytenant Arzu Rəhimovun qəbulunda olmuşam, dəfələrlə yazılı müraciətlər etmişəm. Lakin bugünədək məsələ həllini tapmamış və mən münasib işlə təmin olunmamışam...
Mötərəm cənab Prezident!
Mən işğal olunmuş ərazilərimizin azad olunması üçün yenə öz canımı verməyə hazıram.
Respublikanın ərazi bü tövlüyü uğrunda sağlamlığımı itirməyimi, himayəmdə azyaşlı övlad olmasını, ahıl valideynlərimin sərhəd kəndində yaşamalarını, iş təcrübəm və ixtisasımı nəzərə alıb mənim Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaşayış yerimə yaxn, Bakı şəhər idarələrindən birində işlə təmin olunmağıma köməklik göstərməyinizi Sizdən xahiş edirəm!
Əvvəlcədən minnətdarlığımı bildirirəm.
Hörmətlə: Hüseynov Zakir Zahid oğlu
II qrup Qarabağ müharibəsi əlili
Bakı şəhəri, Nizami r-nu, Q.Qarayev pr., ev 120, m. 28-də
Tel: (012) 376-89-92; (050) 538-36-56