Azərbaycan güclü dövlətdir, əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik.
Bu fikirləri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.
O bildirib ki, Ermənistan dövləti işğalçılıq siyasətini uzun illər ərzində davam etdirir və tez-tez sərhədboyu ərazilərdə təxribatlar törədir, atəşkəs rejimini mütəmadi pozur. Məlum olduğu kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində mövqelərimizi ələ keçirməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərdi. Qüdrətli Azərbaycan Ordusu işğalçı siyasətə adət etmiş Ermənistan silahlı qüvvələrinin cavabını layiqincə verdi.
Akademik vurğulayıb ki, ordumuzun apardığı hərbi əməliyyatlar həm ön cəbhədə, həm də arxa cəbhədə vətəndaşlarımızda ruh yüksəkliyi yaratdı. İyulun 14-dən 15-nə keçən gecə xalqın öz dövləti, Ali Baş Komandanı və ordusu ilə həmrəy olduğunu göstərməsi cəmiyyətimizdə vətənpərvərlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi. Aksiya iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti sevindirici və qürurverici haldır.
Lakin orduya dəstək aksiyasından sui-istifadə halları da müşahidə edildi, prosesə siyasi məzmun verməyə, onu nəzarətdən çıxarmağa, neqativ emosiyaların formalaşdırılmasına cəhdlər göstərildi. Eyni zamanda, sosial şəbəkələr vasitəsilə həm cəbhə xəttində, həm də paytaxtda arzuolunmaz proseslərin baş verməsi barədə yalan məlumatlar yayıldı. Unutmayaq ki, bütün bunlar düşmənlərimizin təxribatıdır.
“Bu gün Azərbaycan dünyanı bürüyən pandemiya ilə də mübarizə aparır. Hər birimiz məsuliyyətlə davranmalı, nizam-intizama riayət etməli, cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq üçün səfərbər olmalıyıq. Xalqımız bütün cəbhələrdə həmrəylik, milli iradə nümayiş etdirməlidir. Düşmənə qalib gəlmək üçün bu vacibdir”, - deyə akademik Nizami Cəfərov vurğulayıb.
Tehsil-press.az