2020/2021-ci tədris ili üçün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə Azərbaycan Respublikası vətəndaşları üçün sənəd qəbulu bu gün başa çatır.
Müsabiqədə iştirak etmək istəyən abituriyentlər iyulun 16-sı günün sonunadək tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərməklə qeydiyyatdan keçməlidirlər.
Müsabiqədə iştirak etmək istəyənlər üçün Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 20-də onlayn müsahibə və iştirakçıların ümumi intellekt səviyyəsinin ölçülməsi üçün onlayn test imtahanı keçiriləcək.
Xatırladaq ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün bakalavr səviyyəsi üzrə 3 yer ayrılıb.
Tehsil-press.az