Yoluxmalar artsa, yenidən sərtləşdirmə ola bilər - RƏSMİ

Yoluxmalar artsa, yenidən sərtləşdirmə ola bilər - RƏSMİ Karantin rejimində yumşalmalara gedəndən sonra yoluxma sayında yenidən artım olarsa, güman ki, təkrar sərtləşdirməyə getmək məcburiyyətində qalacağıq.
Bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bu gün Nazirlər Kabineti yanında Operativ Qərərgahın birifinqində deyib.
Ş.Mövsümov bildirib ki, burada insanların davranışından çox şey asılıdır: “Biz elə etməliyik ki, karantin rejimini yenidən sərtləşdirmək məcburiyyətində qalmayaq. Buna görə də insanlar diqqətli olmalı, qaydalara riayət etməlidir. Hökumət də karantin istəmir. Hökumət istəyir ki, hər yer açıq olsun, insanlar işləsinlər, iqtisadiyyat inkişaf etsin. Ancaq biz hazırda karantin rejiminə getməyə məcburuq”.

Tehsil-press.az

Oxşar xəbərlər