Ermənistanda 711 nəfər koronavirusdan ölüb

Ermənistanda 711 nəfər koronavirusdan ölüb Ermənistanda koronavirusa yoluxanların sayı 37 min 390 nəfərə çatıb. Onlardan 73 nəfəri son sutka ərzində yoluxub.
Bu barədə Ermənistan səhiyyə nazirliyinin xəstəliklərə nəzarət və profilaktikası milli mərkəzi məlumat yayıb.
Bildirilib ki, ölkədə pandemiya qurbanlarının sayı da artaraq 711 nəfərə çatıb. Onların da 6-sı son sutka ərzində ölüb.
Hazırda Ermənistanda 9 min 793 aktiv koronavirus xəstəsi var.

Tehsil-press.az

Oxşar xəbərlər