Ermənistanda bir günə 62 nəfər koronavirusa yoluxdu

Ermənistanda bir günə 62 nəfər koronavirusa yoluxdu Ermənistanda son sutka ərzində koronavirusa yoluxanların sayı daha 62 nəfər artaraq 1 808-ə yüksəlib.
Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.
Sutka ərzində daha bir nəfərin xəstəlik səbəbindən həyatını itirməsi ilə vəfat edənlərin sayı 29-a çatıb. Bildirilib ki, indiyədək 848 pasiyent sağalıb, 931 xəstənin müalicəsi davam etdirilir. Ümumilikdə 18 547 nəfər isə koronavirus testindən keçib.
Qeyd edək ki, Ermənistanda epidemiyaya görə aprelin 13-dən etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi mayın 14-dək uzadılıb.

Tehsil-press.az

Oxşar xəbərlər