Azərbaycanda kəndi sel basdı

Azərbaycanda kəndi sel basdı İsmayıllı rayonunun Qurbanəfəndi kəndinə yağan güclü yağışdan sonra dağlardan gələn sel suları kəndə böyük ziyan vurub.
Axşam saatlarında kəndə gələn güclü sel nəticəsində İsmayıllı-Qəbələ yolu keçilməz olub. Belə ki, güclü sel özü ilə böyük daşlar və ağac qırıntıları gətirib.
Məlumata görə müvafiq dövlət qurumlarının operativ fəaliyyəti nəticəsində yaranmış problemlər aradan qaldırılıb. Yollar təmizlənib.
Analoji hadisə rayonun Buynuz kəndində də baş verib.

Tehsil-press.az

Oxşar xəbərlər