İsmayıllıya dolu düşdü, leysan yağdı

İsmayıllıya dolu düşdü, leysan yağdı Bu gün saat 15 radələrində İsmayıllı rayonuna güclü dolu düşüb. Təqribən 10 dəqiqə davam edən dolu təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurub.

Tehsil-press.az-ın xəbərinə görə, dolu dənələrinin böyük olması səbəbindən evlərin və sosial obyektlərin dam örtüyünə, habelə avtomobillərə də ziyan dəyib.
Dolunun ardınca isə küləklə müşayiət olunan leysan xarakterli güclü yağış yağmağa başlayıb. İsmayıllı şəhərinin bəzi küçələrini və kəndləri sel basıb. Bəzi kəndlərə elektrik enerjisinin verilişi dayanıb. Məlumata görə, hazırda güclü şimşəklə müşayiət olunan leysan yağışı davam edir.


Tehsil-press.az

Oxşar xəbərlər