“Livana kömək təklif edəcəyik” - Merkel

“Livana kömək təklif edəcəyik” - Merkel AFR hökuməti Beyrut limanında baş vermiş partlayış barədə xəbərlərdən sarsılıb, Livana öz yardımını təklif edəcək.
Bu barədə Almaniya Kansleri Angela Merkel bildirib. Onun sözlərini AFR Nazirlər Kabinetinin nümayəndəsi Uilrike Demmer tvitterdə yazıb:
“AFR hökuməti xəbərlər və kadrlardan sarsılıb. Zərər çəkənlərə tezliklə sağalmağı arzulayırıq. Livana köməyimizi təklif edəcəyik”, - Merkel deyib.
Daha əvvəl Almaniya XİN-i bildirmişdi ki, partlayış nəticəsində AFR-in Beyrutdakı Səfirliyinin əməkdaşları da partlayışdan zərər çəkib. İndi Berlin Almaniya hökumətinin Livana konkret hansı yardımı təklif edə biləcəyi məsələsini öyrənir.

Tehsil-press.az

Oxşar xəbərlər