Müəllim olmaq istəyənlər müvafiq fənlər üzrə biliklərini sınayıblar

Müəllim olmaq istəyənlər müvafiq fənlər üzrə biliklərini sınayıblar Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları dörd fənn - fizika, fransız dili, rus dili və biologiya fənləri üzrə keçirilib.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə avqustun 14-dən start verilib. Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Tehsil-press.az

Oxşar xəbərlər