Riyaziyyat, texnologiya və kimya fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir

Riyaziyyat, texnologiya və kimya fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir İyulun 22-də riyaziyyat, texnologiya və kimya fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir. İmtahanlarda 3 min 216 namizədin iştirakı gözlənilir.
Müəllimlərin işə qəbulu üzrə imtahanlar iyulun 24-dək davam edəcək.
Xatırladaq ki, iyulun 8-dən etibarən alman dili, tarix, fizika, fransız dili, musiqi, informatika, rus dili, ingilis dili, biologiya, coğrafiya, ibtidai sinif, fiziki tərbiyə, təsviri incəsənət və riyaziyyat üzrə test imtahanları keçirilib.
Növbəti günlərdə Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili, rus dili və ədəbiyyat müəllimi olmaq istəyən namizədlər imtahanlarda iştirak edəcəklər.

Tehsil-press.az


Oxşar xəbərlər