Los-Ancelesdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi fiziki zorakılığa dair hesabatın təqdimatı keçiriləcək

Los-Ancelesdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi fiziki zorakılığa dair hesabatın təqdimatı keçiriləcək Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin, “MG Consulting” şirkətinin və “Şəffaflıq Azərbaycan” təşkilatının təşəbbüsü ilə yaradılmış beynəlxalq işçi qrupun bu il iyulun 21-də ABŞ-ın Los-Anceles şəhərində dinc aksiya keçirən azərbaycanlıların erməni diasporunun nümayəndələri tərəfindən ağır fiziki zorakılıq və qeyri-insani nifrət hissi ilə üzləşməsinə dair hesabatının onlayn təqdimatı (mətbuat konfransı) keçiriləcək.
Bu işçi qrupunda beş ölkədən (Azərbaycan, ABŞ, Türkiyə, Rusiya və Ukrayna) 10 nəfər tanınmış hüquqşünas-alim iştirak edib.
Bu hesabatın məqsədi iyulun 21-də ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yaşayan çoxsaylı ermənilərin daha az sayda yaşayan azərbaycanlılara ağır zorakı hücumunu araşdıraraq təhlil etmək və ABŞ-ın müvafiq hüquq-mühafizə və digər rəsmi orqanlarına, eləcə də insan hüquqları sahəsində çalışan yerli və beynəlxalq təşkilatlara ingilis dilində ətraflı məlumat təqdim etməkdir.
Mətbuat konfransı saat 12.00-da “Zoom” proqramı vasitəsilə təşkil ediləcək. Tədbirdə iştirak etmək istəyən media nümayəndələrindən və insan hüquqları müdafiəçilərindən elektron ünvanlarını [email protected] göndərmələri xahiş olunur.
Əlavə məlumat üçün müraciət etmək olar: 055 331 1313 (Məhəmməd Quluzadə).

Tehsil-press.az

Oxşar xəbərlər