Tramp haqqında yazılan daha bir xəbəri təkzib etdi

Tramp haqqında yazılan daha bir xəbəri təkzib etdi ABŞ Prezidenti Donald Tramp bir neçə mikroinsult keçirməsi xəbərlərini təkzib edib.
Amerikalı lider bu barədə Tvitter səhifəsində yazıb:
“Bu heç vaxt bitməyəcək! İndi onlar sizin sevimli prezidentinizin bir neçə mikroinsultdan sonra Uolter Rid tibb mərkəzini ziyarət etdiyini söyləməyə çalışırlar. Belə şey olmayıb. Bunlar saxta xəbərlərdir. Bəlkə də onlar başqa partiyadan olan başqa namizədi nəzərdə tuturlar”.
Qeyd edək ki, “New York Times” qəzetinin müxbiri Maykl Şmidt iddia edib ki, Trampın tibb mərkəzinə planlaşdırılmamış səfəri zamanı anesteziya olunarsa, Mayk Pensə prezident səlahiyyətlərini üzərinə götürmək üçün hər ehtimala qarşı hazır olmaq tapşırılıb. Digər tərəfdən Ağ Ev Trampın illik tibbi müayinə üçün xəstəxanaya getdiyini açıqlayıb.

Tehsil-press.az

Oxşar xəbərlər