Ankarada NATO-nun komitə sədri ilə görüş olub

Ankarada NATO-nun komitə sədri ilə görüş olub Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ankarada səfərdə olan NATO-nun Hərbi Komitəsinin sədri Stüart Piç ilə görüşüb.
Milli Müdafiə Nazirliyində keçirilən görüşdə son vaxtlar Şərqi Aralıq dənizində yaranmış gərginlik, bununla bağlı NATO Baş katibinin vasitəçilik cəhdləri, NATO və regional məsələlər müzakirə olunub.
NATO Baş katibinin vasitəçilik təklifinin Türkiyə tərəfindən dəstəkləndiyini ifadə edən nazir Hulusi Akar bildirib ki, onun ölkəsi dəniz qonşularının hamısının Aralıq dənizindən beynəlxalq hüquq normaları çərçivəsində bərabər istifadə olunması tərəfdarıdır. Türkiyə Şimali Kipr daxil olmaqla “Mavi vətən”də bütün hüquqlarını müdafiə etməyi davam etdirəcək.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər görüşdə iştirak edib.

Tehsil-press.az

Oxşar xəbərlər