Bakıda NATO-nun təhsil üzrə ekspertləri ilə işçi görüşü keçirilir

Bakıda NATO-nun təhsil üzrə ekspertləri ilə işçi görüşü keçirilir Hərbi təhsil sisteminin inkişafına dəstək üzrə NATO-Azərbaycan birgə fəaliyyət planına uyğun olaraq Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində NATO-nun ekspert qrupu tərəfindən Müdafiə Nazirliyi və Alyansın mütəxəssisləri arasında işçi görüşü keçirilir.
Bu barədə Təhsil-press.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Silahlı Qüvvələrin Hərbi Akademiyasında iyulun 27-dək davam edəcək işçi görüşdə müasir pedaqoji texnologiyalar, taksonomiyanın əsasları və s. bu kimi məsələlər ətrafında müzakirələr aparılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər