Britaniyada COVID-19-a yoluxmada kəskin artım - Bu, qadağan ediləcək

Britaniyada COVID-19-a yoluxmada kəskin artım - Bu, qadağan ediləcək Britaniyada son iki gün ərzində koronavirusa yeni yoluxma hallarının sayı kəskin şəkildə artıb.
Bazar ertəsi günü 2,9 mindən çox yoluxma halı qeydə alınıb. Bu, may ayından etibarən ən yüksək artımdır. Britaniyada iyul ayının ortalarına nisbətən dörd dəfə çox hal qeydə alınır. Məktəblərin və daha sonra universitetlərin açılması isə vəziyyəti daha da ağırlaşdıra bilər.
Yeni yoluxma hallarının sayının artmasını gənclərlə əlaqələndirirlər. Xəstələrin təxminən yarısı 20-40 yaş arası olan insanlardır. Həmçinin, 40-50 yaş arası olan insanlarda və yeniyetmələrdə əhəmiyyətli sayda yoluxma halı aşkar edilib. Pandemiyanın əvvəlində isə yoluxma hallarının əksəriyyəti yaşlı insanlarla bağlı idi.
Böyük Britaniya hökuməti ölkə sakinlərinə altı nəfərdən çox qrup halında toplaşmağı qadağan edəcək. Çərşənbə axşamı günü ölkənin Baş Naziri Boris Consonun dəftərxanasının yaydığı məlumata görə, məhdudiyyətlər sentyabrın 14-dən sərtləşdiriləcək.
Hal-hazırda İngiltərə ərazisində 30 nəfərdən çox qrup halında toplaşmaq qadağandır. Qaydanı ilk dəfə pozanı 100 funt (222 AZN), növbəti dəfələrdə isə 3,2 min funtadək (7103,93 AZN-dək) cərimə gözləyir.

Tehsil-press.az

Oxşar xəbərlər