ÜST: Dünyada koronavirusa yoluxanların sayı 76 mindən çoxdur

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 76 mindən çoxdur Aprelin 16-sı saat 12:00 üçün dünyada koronavirusa yoluxanların sayı 1 991 562 nəfərə çatıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 76 min nəfərdən çox yeni koronavirusa yoluxub, 7 875 insan isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 1 991 562 nəfərə, ölənlərin isə 130 885 nəfərə çatıb.
Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb - 1 013 093 yoluxma və 89 317 ölüm halı. Avropa regionunda sutka ərzində 35 497 yoluxma halı, 4 710 ölüm halı qeydə alınıb.
İkinci yerdə Cənubi və Şimali Amerika qərarlaşıb. Burada aprelin 15-nə olan məlumatlara əsasən, yoluxanların sayı 707 121 nəfərə, ölənlərin sayı isə 30 245 nəfərə çatıb.
Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 125 571 yoluxma və 4 239 ölüm halı qeydə alınıb.
Ölkələr üzrə hesabatda ən çox yoluxma halları ABŞ-da (604 070), İspaniyada (177 633), İtaliyada (165 155, Almaniyada (130 450), Fransada (105 155), Böyük Britaniyada (98 480), Çində (83 797), İranda (76 389), Türkiyədə (69 392) və Belçikada (33 573) qeydə alınıb.

Tehsil-press.az




Oxşar xəbərlər