Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydalarına əsasən dərslərarası (məşğələlərarası) fasilələrə, gəzinti müddətinə dair tələblər müəyyənləşdirilib.
Qaydalara əsasən dərslərarası (məşğələlərarası) fasilələr 10 dəqiqədən az olmayaraq müəyyən ediləcək, fasilələrdə təhsilalanların imkan daxilində təmiz havada olması təmin ediləcək, dəhlizlərdə və həyətyanı sahədə sıxlığı azaltmaq məqsədilə tənəffüslərin vaxtı müəyyən edilən qrafikə uyğun tənzimlənəcək. Həmçinin fasilə müddətində tədris otağında pəncərələr (mümkün olduğu halda) açıq saxlanılmalı və sinif otaqlarının havası mütəmadi olaraq dəyişdirilməlidir. Mərkəzi havalandırma sistemi olan otaqların havalandırılması təmiz hava sirkulyasiyasını təmin edəcək tərzdə qurulmalı, havalandırma sistemlərinə texniki xidmətin göstərilməsi və filtrlərin dəyişdirilməsi tələblərə uyğun olaraq həyata keçirilməlidir.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində fiziki mədəniyyət məşğələsi təmassız oyunlarla məhdudlaşdırılacaq.
Tehsil-press.az