Respublikamızda 6 günlük iş rejimi ilə işləyən məktəblərdə yanvarın 19-da dərslər keçiriləcək.
Bu barədə Tehsil-press.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təhsil naziri Ceyhun Bayramovun “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmri yanvarın 17 və 18-nə aid olub. Qalan günlərdə təhsil müəssisələrində tədris adi qaydada davam edəcək.
Qeyd edək ki, müvafiq əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq yanvarın 17-si və 18-i ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı tədbirlər təxirə salınıb.
Tehsil-press.az