“Covid-19 əleyhinə vaksini ölkəmizə gəlib çıxana kimi əhalinin təqribən 20-30%-i bu xəstəliyi keçirmiş olacaq”.
Bu barədə TƏBİB Elmi Komitəsinin Sədri, professor Akif Qurbanov “Real intervyu”ya açıqlamasında deyib:
“Təqribən 20-30%-ni də vaksinasiya yolu ilə immunizasiya etmiş olsaq, təxminən 60% insanda immunitet yaratmış oluruq. Bu da o deməkdir ki, bu pandemiyanın sönməsinə kifayət edir. Hazırda TƏBİB tərəfindən bu tədqiqat aparılır. İnsanların qan verməyə dəvət olunması o deməkdir ki, həmin şəxs qan verdikdən sonra biz biləcəyik ki, o, xəstəliyi keçirib ya yox. Bu bizə diaqnoz üçün deyil, proqnostik göstərici üçün lazımdır. Baxaq görək insanların neçə faizi bu xəstəliyi keçirib. İmmun təbəqələşməni öyrənirik. İlkin məlumata görə, artıq 20% insanların qan zərdabında anticismlər var. Ancaq bu 3-40%-ə yaxınlaşa bilər. Çünki xəstəliyi simptomsuz keçirənlər var.
Təqribən kütlədə 60-70% immunitet oldusa, artıq virus özü həmin populyasiyadan çıxıb gedir”.
Tehsil-press.az