Kimlər COVİD-19 risk qrupuna daxildir? - TƏBİB AÇIQLADI

Kimlər COVİD-19 risk qrupuna daxildir? - TƏBİB AÇIQLADI Səhhətində xroniki xəstəlik olanlar risk qrupuna aiddirlər.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, vərəm və digər xəstəliyi olanlar özlərini qorumalıdırlar: "Çünki bu xəstəlik hava-damcı yolu ilə yayılır. Ona görə də onlar toplu insanlar olan yerə getməməlidirlər. Biz bütün tibb müəssisələrini bağlayıb COVİD xəstəxansı edə bilmərilk. Bəs onda bizim xroniki xəstələrimizin müalicəsi necə olacaq?! Ona görə də xroniki xəstələr özlərini təcrid etməli və daha ciddi qorunmalıdırlar".

Tehsil-press.az

Oxşar xəbərlər