Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayon ərazisində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin müdirləri ilə vidoekonfrans keçirib.
Bu ilin oktyabrın 1-dən etibarən açılacaq bağçalarda görüləcək işlərə həsr olunan konfransda İ.Gülməmmədova birdirib ki, rayonun bütün bağçalarında dezinfeksiya tədbirləri həyata keçirilib. Hazırda da bu işlərin davam etdirildiyini bildirən başçı rayon ərazisindəki məktəbəqədər təhsil müəssisələrinin pandemiya dövründə fəaliyyətə başlamasına hazır olduğunu söyləyib.
Onun sözlərinə görə, koronavirus (COVİD-19) pandemiyası dövründə açılacaq bağçalarda Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi əməl olunacaq. Məktəbəqədər təhsil müəssisələrinin dezinfeksiyaedici məhlullarla, məsafədən hərarəti ölçən aparatlarla təminatı istiqamətində lazimi tapşırıqları verən başçı bağçalarda vətəndaş və uşaq qəbuluna, sosial məsafənin qorunmasına ciddi nəzarətin həyata keçirilməsinin vacibliyini qeyd edib. Hər bir işçinin COVİD-19 testindən keçməli olduğunu önə çəkən İ.Gülməmmədova bağçalarda gündəlik gigiyenaya, qida rasionuna xüsusi diqqətin yetirilməsinin labüdlüyünü bildirib.
Daha sonra bağça müdirlərinin fikirləri dinlənilib, lazimi göstəriş və tapşırıqlar verilib.
Tehsil-press.az