Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni kafedra və laboratoriyalar yaradılacaq.
Bu barədə Elmi şuranın növbəti iclasında qərar verilib.
Mühəndislik fakültəsi nəzdində Mühəndislik və tətbiqi elmlər kafedrası yaradılacaq. Sənaye, material, maşın, ekologiya, elektrik və elektronika, qida mühəndisliyi ixtisasları kafedranın nəzdinə daxil ediləcək. Rəqəmsal iqtisadiyyat fakültəsinin nəzdində isə Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrası yaradılacaq. İnformasiya texnologiyaları, kompüter elmləri, informasiya təhlükəsizliyi, kommunikasiya sistemləri mühəndisliyi ixtisasları həmin kafedranın nəzdində olacaq. Mühəndislik və rəqəmsal iqtisadiyyat fakültələrinin nəzdində laboratoriyaların işinin təşkili mərkəzləri açılacaq.
UNEC-də qida kimyası və biokimya, qida texnologiyaları, qida mikrobiologiyası, ekologiya, elektrotexnika, materialşünaslıq və s. laboratoriyalarla yanaşı, 2 kompüter laboratoriyası fəaliyyət göstərəcək. Dizayn kafedrasının bazasında isə UNEC Dizayn Məktəbi yaradılacaq.
Tehsil-press.az