Xarici mühitdən daxil olan bu qatran hissəcikləri kompüterin içinə nüfuz edərək onun komponentlərində yığılır.
Vaxt keçdikcə qatranın üzərinə toz və havadakı digər xırda hissəciklər yapışır. Nəticədə daxili detallarda çirk toplanması sürətlə artır; ventilyatorların fırlanmasına mane olur və sistemin həddindən artıq qızmasına səbəb olur; hərarət artdığı üçün kompüter yüklənir, proqramlar gec açılır və “donma” hallarının sayı çoxalır.
Həmçinin, kompüterin içindəki bəzi xırda və həssas detallar təmizləmə zamanı asanlıqla zədələnə bilər.
Siqaret tüstüsü elektronika üçün ən təhlükəli mənbələrdən biridir. Qatranlı hava uzun müddət kompüterin içində qaldıqda cihazın sıradan çıxmasına belə gətirib çıxara bilər.
Tehsil-press.az











