UNEC-də “Gənc müəllimlər-3” layihəsi çərçivəsində gənc müəllimlərin işə qəbuluna başlanılıb.
Texniki və texnoloji ixtisaslar üzrə (“Kommunikasiya sistemləri mühəndisliyi”, “İnformasiya təhlükəsizliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “Maşın mühəndisliyi”, “Sənaye mühəndisliyi”, “Materiallar mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Kompüter elmləri”, “Qida mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Dizayn”) tədris aparmaq arzusunda olanlar CV-lərini 24 iyul 2020-ci il tarixinə qədər [email protected] ünvanına göndərə bilərlər.
UNEC-də texniki və texnoloji ixtisaslar üzrə tədris aparılacaq yeni və müasir tədris binasında 3 min tələbənin təhsil almaq imkanı yaradılıb, eləcə də ən müasir təchizata malik 14 laboratoriya qurulub.
Gələcəyini müəllimlik peşəsinə həsr etmək arzusunda olan, tələbələrlə çalışmağa həvəs göstərən, ünsiyyətcil, öz bilik və bacarıqlarını daim təkmilləşdirən, innovativ tədrisə üstünlük verən hər kəsi UNEC-in gənc müəllim kollektivinə qoşulmağa dəvət edirik.
Namizədlərin minimum magistr dərəcəsinin olması əsas şərtlərdəndir. Müraciətləri müsbət dəyərləndirilmiş namizədlərlə fərdi şəkildə online müsahibə təşkil ediləcək.
Tehsil-press.az