Ərdoğanın Bakıya səfər proqramı açıqlandı

Ərdoğanın Bakıya səfər proqramı açıqlandı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağdakı şanlı qələbədən sonra ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.
Prezident Ərdoğanın Bakı səfəri 2 gün davam edəcək. Görüşdə həm iki ölkə arasındakı münasibətlər, həm də Qarabağdakı son vəziyyət müzakirə ediləcək. Ərdoğan-Əliyev görüşü zamanı atəşkəs prosesi ətraflı qiymətləndiriləcək.
İki lider atəşkəsin izlənilməsi və nəzarət edilməsi üçün yaradılan Türkiyə-Rusiya mərkəzi ilə bağlı son vəziyyəti də müzakirə edəcəklər. Birgə mərkəz üçün fəaliyyət istiqamətlərindən danışılacaq. Danışıqlar zamanı Türkiyə və Azərbaycanın birlikdə atacağı addımlara dair qiymətləndirmələr aparılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər