Ərdoğanla Tramp arasında telefon danışığı olub

Ərdoğanla Tramp arasında telefon danışığı olub Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.
Onun sözlərinə görə telefon danışıqları zamanı ikitərəfli münasibətlər və regional məsələr münasibətlər müzakirə olunub.
“Ərdoğan amerikalı həmkarı ilə iki dövlət arasındakı münasibətlər və regional məsələlər haqqında danışıblar” , - deyə Kalın bildirdi.
Təxmin olunur ki, Ərdoğan – Tramp danışıqlarının əsas mövzusu Mənbic şəhərinin YPG/PKK terrorçularından azad edilməsi haqqında plan olub.
* * *14:33
Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasınmda telefon danışığı olacaq.
“CNN Türk” xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, telefon danışığı axşam saatlarında baş tutacaq. R.T.Ərdoğanla D.Trampın iki ölkə arasındakı əlaqələrin hazırki vəziyyətini, bölgədəki, xüsusən də Suriyadakı durumu müzakirə edəcəkləri gözlənilir.

Tehsil-press.az

Oxşar xəbərlər