Erməni vəkillər də Paşinyanın istefası tələbinə qoşuldu

Erməni vəkillər də Paşinyanın istefası tələbinə qoşuldu Ermənistanda 500-dən çox vəkil baş nazir Nikol Paşinyanın istefası tələbinə qoşulub.
Bu barədə Ermənistanın Vəkillər Palatasının sədri Ara Zohrabyan “Facebook” səhifəsində yazıb.
Zohrabyan Paşinyan və komandasının səhvlərini sadalayaraq onu məhkəmələrin işinə müdaxilədə, hakimlərin həbsində, vəkillərin və jurnalistlərin fəaliyyətinə təzyiq göstərməkdə ittiham edib.
Palata sədrinin sözlərinə görə, baş nazirin komandası heç bir əsas olmadan fövqəladə və hərbi vəziyyətin uzadılması haqda qərar qəbul edib.

Tehsil-press.az

Oxşar xəbərlər