Yerevanda Paşinyanın istefası tələbi ilə yürüş keçirildi - Video

Yerevanda Paşinyanın istefası tələbi ilə yürüş keçirildi - Video Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti yürüş keçirilib.
Yürüş “Daşnaksütyun” partiyası tərəfindən təşkil edilib və ona digər siyasi qüvvələr, o cümlədən “Vətən”, “Çiçəklənən Ermənistan” partiyalarının üzvləri də qoşulub. Aksiya zamanı Paşinyan haqqında “xain” şüarları səsləndirilib.
Yürüşdə təxminən 3 min nəfər iştirak edib.
Qeyd edək ki, Ermənistanın 17 müxalifət partiyası Paşinyanın istefasını tələb edir.



Tehsil-press.az

Oxşar xəbərlər