Braziliya Ali Məhkəməsi hakimiyyətə koronavirus əleyhinə peyvəndləşməyə "dolayısı ilə məcbur etməyə" icazə verdi. Müvafiq qanunlar qəbul edilərsə, səlahiyyətlilər peyvənddən imtina etdiklərinə görə vətəndaşlara məhdudiyyətlər tətbiq edə biləcəklər.
Bu barədə yerli "Folha" nəşri xəbər yayıb.
Məhkəmə kolleqiyası əhalinin məcburi aşılanması məsələsını nəzərdən keçirərkən hakim Rikardo Levandovskin yalnız "dolayı yolla" məcbur etmək imkanı təklifini dəstəklədi. "Dolayı yolla" məcbur etmə deyərkən bəzi yerləri ziyarət etmək və ya müəyyən fəaliyyətlərlə məşğul olmaq imkanlarına qadağalar nəzərdə tutulur.
Eyni zamanda, hakimlər aşılama üçün şəxsin razılığını tələb edildiyini vurğuladılar və insanları zorla peyvənd etmə qərarının konstitusiyanın açıq şəkildə pozulması olduğunu bildirdilər.
Ölkə hökuməti 2021-ci ildə milli sanitar tənzimləyici Anvisa tərəfindən təsdiqlənmiş peyvəndlərdən istifadə edərək ölkənin bütün əhalisini koronavirusa qarşı aşılamağı planlaşdırır. "AstraZeneca", "Sinovac" və "Pfizer/BioNTech" tərəfindən istehsal olunan ilk koronavirus peyvəndlərinin yanvar və fevral aylarında Braziliyaya göndəriləcəyi əvvəllər bildirilib. Bu yüklərin gözlənilən həcmi 25 milyon dozadır.
Tehsil-press.az