Oksford Universiteti tərəfindən hazırlanan koronavirus peyvəndinin istehsalına sentyabr ayında başlaya bilər.
Kembric şəhərində yerləşən “AstraZeneca” dərman şirkətinin açıqlamasına görə, peyvəndin test nəticələrinin uğurlu olacağı təqdirdə, şirkət sentyabr ayından dərmanın istehsalına başlaya bilər.
“AZD1222” adı verilən peyvəndin ilk mərhələdə 400 milyon doza istehsal ediləcəyi, gələn il isə bu rəqəmin 1 milyarda çatacağı bildirilib. Həmçinin qeyd olunub ki, peyvənd sınaqlarının uğursuzluqla nəticələnmə ehtimalı da var.
Xatırladaq ki, keçən ay Oksford Universitetinin koronavirusa qarşı inkişaf etdirdiyi peyvəndin müvəffəq olacağı təqdirdə dərman şirkəti “AstraZeneca” ilə peyvəndin istehsalı və satışı üçün razılaşma əldə edildiyi açıqlanmışdı.
Tehsil-press.az