Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Teymur Rəcəbovu təbrik edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Teymur Rəcəbovu təbrik edib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qrossmeyster Teymur Rəcəbova təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
""Airthings Masters" şahmat turnirində qələbə qazanmağın münasibətilə səni səmimi qəlbdən təbrik edirik.
Sənin bu yarış zamanı peşəkarlıq, iradə və əzmkarlıq nümayiş etdirərək qazandığın inamlı qələbə Azərbaycan xalqını sevindirdi. Sənin bu uğurun eyni zamanda xalqımızın yüksək intellektual potensialının bariz göstəricisidir.
Sənə ən xoş arzularımızı yetirir, gələcək uğurlar və yeni-yeni şahmat zirvələrini fəth etməyi diləyirik".

Tehsil-press.az



Oxşar xəbərlər