İran təyyarə qəzasında ölənlərin ailələrinə 150 min dollar ödəyəcək

İran təyyarə qəzasında ölənlərin ailələrinə 150 min dollar ödəyəcək İran Ukraynaya məxsus təyyarənin yanlışlıqla vurulması nəticəsində həlak olanların ailələrinə 150 min dollar məbləğində təzminat ödəyəcək.
Bu barədə İranın Nazirlər Kabineti qərar qəbul edib. Qərarda deyilir ki, kompensasiya həlak olanların milliyyəti və vətəndaşlığı nəzərə alınmadan bütün ailələrə ödəniləcək. Hadisə nəticəsində Ukrayna vətəndaşları ilə yanaşı, Kanada, Almaniya, Əfqanıstan, İsveç və İran vətəndaşları da həlak olub.
Qeyd edək ki, 2020-ci il yanvarın 8-də “Ukrayna Hava Yolları”na məxsus “Boeng-737” sərnişin təyyarəsi yanlışlıqla iranlı hərbçilər tərəfindən raketlə vurulub. Nəticədə təyyarədəki ekipajla birlikdə 176 sərnişin həlak olub.
Rəsmi Tehran hadisəyə görə məsuliyyəti üzərinə götürərək Ukraynadan üzr istəyib və həlak olanların ailələrinə kompensasiya ödəməyə razılıq verib.

Tehsil-press.az

Oxşar xəbərlər