Ukraynada matəm elan olundu

Ukraynada matəm elan olundu Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna təyyarəsinin İranda qəzaya uğraması ilə əlaqədar ölkədə birgünlük matəm elan edib.
Qərara əsasən yanvarın 9-da dövlət bayraqları endirilib.
Xatırladaq ki, Ukraynaya məxsus "Boeing 737" sərnişin təyyarəsi İranın İmam Xomeyni aeroportu yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 167 sərnişin, 9 heyət üzvü olub. Təyyarənin sərnişinləri İran, Kanada, Almaniya, Böyük Britaniya, İsveç və Əfqanıstan, heyət üzvləri isə Ukrayna vətəndaşları olub.
Təyyarə havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb. İlkin məlumatlara əsasən, qəzanın səbəbi təyyarənin mühərrikinin yanması olub.

Tehsil-press.az

Oxşar xəbərlər