Ukrayna da sərt karantin rejiminə keçdi

Ukrayna da sərt karantin rejiminə keçdi Bu gündən Ukrayna koronavirus xəstəliyinin kütləvi yayılmasına görə sərt karantin rejiminə keçib.
Bununla bağlı qərar Ukrayna Nazirlər Kabinetinin iclasında qəbul edilib.
Sərt karantin rejiminə görə, yanvarın 8-i 00:00-dan yanvarın 25-i 00:00-dək ticarət-əyləncə mərkəzləri, idman zalları, fitnes-mərkəzləri, hovuz və teatrların fəaliyyəti, kütləvi tədbirlərin keçirilməsi qadağan edilib. Bar, restoran, kafe və əyləncə obyektlərinə müştərilərin girişi qadağan olunub. Yalnız ərzaq dükanları, apteklər, yanacaqdoldurma məntəqələri, maliyyə obyektləri, yeməklərin daşınması xidmətlərinin fəaliyyəti mümkün olacaq.
Bundan başqa şəhər, şəhərlərarası, vilayət daxili, vilayətlərarası sərnişin daşımalarında oturacaq sayından artıq sərnişin daşınması qadağan edilib. Ali və orta təhsil müəssisələri bu müddətdə qış tətilinə göndərilib. Yalnız uşaq bağçaları adi rejimdə fəaliyyət göstərəcək.
Sərt karantin rejimi bütün ölkə üzrə tətbiq edilib.

Tehsil-press.az




Oxşar xəbərlər