Təhsil İnstitutunun yeni direktoru BANM-in müəllimidir

Təhsil İnstitutunun yeni direktoru BANM-in müəllimidir Xəbər verdiyimiz kimi, Rüfət Əzizov Təhsil nazirinin əmri ilə Təhsil İnstitutuna direktor təyin edilib. R. Əzizov Bakı Ali Neft Məktəbinin (BANM) Cenevrə Biznes Məktəbi (GBS) ilə birgə həyata keçirdiyi Neft və Qaz Menecmenti üzrə MBA proqramı çərçivəsində “Dizayn təfəkkürü” dərsini tədris edir.
Bu cür dərslər Rüfət Əzizov tərəfindən Azərbaycanda ilk dəfə Bakı Ali Neft Məktəbində keçilir.
O eyni zamanda, Kimya Mühəndisliyi ixtisası üzrə Magistratura pilləsində, eləcə də Layihələrin İdarə Olunması Məktəbində də dərs deyir.
Rüfət Əzizovun iş təcrübəsi biotexnologiya, kimyəvi kataliz, pedaqoqika, neft-qaz sənayesi, metal istehsalı, sənaye layihələrinin idarə olunması, təhsil və istehsal bizneslərini əhatə edir.
Qeyd edək ki, Rüfət Əzizov 2003-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində kimya ixtisası üzrə bakalavr təhsili alıb. O, 2007-ci ildə kimya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

Tehsil-press.az



Oxşar xəbərlər