Şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların tamamlanması prosesi yanvarın 13-dək davam edəcək

Şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların tamamlanması prosesi yanvarın 13-dək davam edəcək Şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti olaraq dayandırılıb.
Portalda mövcud sorğuların tamamlanması prosesi yanvarın 13-ü saat 18:00-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər.
Xatırladaq ki, sorğuların qəbulunun müvəqqəti dayandırılması II yarımil üzrə siniflərin komplektləşdirilməsi ilə bağlıdır. Proqram təminatının açılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər