Gürcüstanda işləyən və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarının müddəti bitmiş pasportlarının vaxtı 6 aylıq uzadılıb.
COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan ilə Gürcüstan arasında sərhədlər 2020-ci il martın 14-dən etibarən mövcud epidemioloji vəziyyətlə əlaqədar müvəqqəti olaraq bağlanıb. Koronavirus pandemiyasının yaratdığı çətinliklər nəzərə alınaraq, müxtəlif xarici ölkələrdə, həmçinin Gürcüstanda yaşayan vətəndaşlarımızın qanunsuz miqrant statusuna düşməmələri və fəaliyyətlərini hüquqi zəmində tənzimləmələri üçün sahib olduqları və etibarlılıq müddəti 2021-ci il yanvarın 1-dən bitmiş və ya bitəcək bütün növ pasportların (diplomatik, xidməti və ümumvətəndaş) etibarlılıq müddəti yaşadıqları ölkə ərazisində (eynilə Gürcüstanda) fəaliyyətlərini tənzimləmələri məqsədilə 2021-ci il iyulun 1-dək uzadılmış hesab edilir.
Əgər Gürcüstanda fəaliyyət göstərən Azərbaycan vətəndaşları Vətənə qayıtmaq istəsələr, qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün ölkəmizin Tbilisidəki səfirliyinə müraciət etməlidirlər.
Tehsil-press.az