Təqaüdçülər üçün ən yaxşı ölkələr açıqlandı

Təqaüdçülər üçün ən yaxşı ölkələr açıqlandı Təqaüdçülərin daha firavan yaşamaları üçün ən yaxşı ölkələr açıqlanıb.
Həmin ölkələr İslandiya və İsveçrədir.
Reytinqin tərtib edilməsi üçün dünyanın 44 ölkəsini səhiyyə, pensiyaçıların maliyyə vəziyyəti, həyat keyfiyyəti və ahıl yaşlı vətəndaşların maddi rifahı kimi parametrlər üzrə qiymətləndiriblər.
Ötən il olduğu kimi, bu il də İslandiya 100-dən 82 xal toplayaraq reytinqə başçılıq edir. İkinci yerdə İsveçrə (82 xal), üçüncü yerdə isə Norveç (80 xal) qərarlaşıb.
İlk onluğa, həmçinin İrlandiya (79), Niderland (77), Yeni Zelandiya (77), Avstraliya (76), Kanada (75), Danimarka (74) və Almaniya (74) daxil olub.

Tehsil-press.az

Oxşar xəbərlər